Orxan Məmmədov: Zəngəzur dəhlizi region üçün strateji əhəmiyyətə malik olacaq

2022.02.18 14:30 (UTC+04:00)

Qədim Azərbaycan torpağında keçəcək Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq”.

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Postpandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda konfransda bildirib.

“Söhbət 1,1 trilyon ABŞ dollarından çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək bir dəhlizdən gedir. Bu baxımdan, 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 30 ilə yaxın Ermənistanın işğalında olan Qarabağ bölgəsini azad etməsi və bununla da regionda formalaşan geosiyasi mənzərə yeni imkanlar açır”, - deyə O.Məmmədov qeyd edib.