Yanvar ayında neft məhsullarının istehsalı 28,3 faiz artıb

2022.02.18 14:05 (UTC+04:00)

Cari ilin yanvarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 303,1 milyon manat olmaqla, əvvəlki ilin yanvar ayı ilə müqayisədə 28,3 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yanacaq mazutunun istehsalı 18,3 dəfə, avtomobil benzininin istehsalı 40,8 faiz, sürtkü yağlarının istehsalı 20,7 faiz artıb. Dizel yanacağının istehsalı 0,8 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 13,6 faiz, neft koksunun istehsalı isə 18,3 faiz azalıb.