İqtisadiyyat naziri: Yanvarda qeyri-neft-qaz sənaye məhsullarının istehsalının real artım tempi 24,1 faiz olub

2022.02.18 13:31 (UTC+04:00)

Ölkədə iqtisadi fəallığın və ixracyönümlü məhsulların istehsalının dəstəklənməsi nəticəsində bu ilin yanvar ayında qeyri-neft-qaz sənaye məhsullarının istehsalının real artım tempi ötən ilin müvafiq dövrünə nisbətən 24,1 faiz, qeyri-neft-qaz ÜDM-in real artım tempi isə 8,8 faiz olub.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.