Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı 17,9 faizdir

2022.02.18 10:35 (UTC+04:00)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi 2020-ci ildə 4,4 milyard ABŞ dollarına çatıb.

Bu barədə KOBİA İsa Heyətinin sədri Orxan Məmmədov “Postpandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda konfransda deyib.

O qeyd edib ki, Şuraya üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı 17,9 faiz təşkil edir. Ölkələrimiz arasında qarşılıqlı iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün geniş potensial mövcuddur.