Ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Başqırdıstan Respublikasının nümayəndə heyəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.
KOBİA-dan bildirilib ki, Başqırdıstanın Xarici İqtisadi Əlaqələr və Konqres Fəaliyyəti nazirinin birinci müavini Lena İzotovanın rəhbərlik etdiyi nümayəndə heyəti və agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov arasında keçirilmiş görüşdə KOB sahəsində Azərbaycan təcrübəsi qonaqların diqqətinə çatdırılıb, qurumun fəaliyyəti barədə məlumat verilib.
Görüşdə KOB sahəsində əməkdaşlıq imkanlarına, bu sahədə Başqırdıstanın müvafiq qurumları ilə əməkdaşlığa, birgə tədbirlərin təşkilinə, investisiya sahəsində məlumat mübadiləsinə dair müzakirələr aparılıb.