Yanvar ayında informasiya və rabitə müəssisələri tərəfindən 196,6 milyon manatlıq xidmət göstərilib.
Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2022-ci ilin ilk ayında göstərilən informasiya və rabitə xidmətlərinin həcmi 10,6 faiz artıb, bu sahədə əldə edilən gəlirin 84,3 faizi qeyri-dövlət sektorunun payına düşüb.