Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Malayziyanın Azərbaycandakı səfiri Yubazlan Bin Yusof ilə görüşüb.
KOBİA-dan bildirilib ki, görüşdə hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarına və bu istiqamətdə birgə təşəbbüslərə dair fikir mübadiləsi aparılıb. Malayziyanın KOB sahəsində fəaliyyət göstərən müvafiq təşkilatları ilə əməkdaşlığa maraq ifadə olunub, ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafı və işgüzar əməkdaşlığın genişləndirilməsi üçün müxtəlif tədbirlərin təşkili, məlumat mübadiləsi və sair məsələlər qeyd olunub.