İqtisadiyyat naziri “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

2022.02.16 15:43 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibi Ziya Mursalzadə ilə görüşüb.

Bu barədə nazir məlumat verib.

“Yüksəliş” müsabiqəsinin qalibi Ziya Mursalzadə ilə görüşdə fərdi inkişaf planı üçün faydalı alətlər barədə danışdıq. Onun mentorluq proqramı müddətində əldə etdiyi təcrübə, qazandığı biliklər və innovativ peşə vərdişlərinin inkişafı barədə fikir mübadiləsi apardıq”, - deyə nazir qeyd edib.