Azərbaycan neftinin bir bareli 97,63 dollara satılır

2022.02.16 12:40 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,07 dollar azalaraq 97,63 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il sentyabrın 15-də 97 dollardan (97,98) baha satılıb.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti ötən gün (99,70) qeydə alınmışdı.