Gəlirdən çıxılan xərclər

2022.02.18 10:23 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilir ki, ölkə ərazisində ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) Nazirlər Kabinetinin müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır.

Əsaslandırma: Vergi Məcəlləsinin 108.4-cü maddəsi