Mikayıl Cabbarov: Azərbaycanda qeyri-neft sektoruna aid sаhələrin inkişаfı sürətlənib

2022.02.15 19:03 (UTC+04:00)

Azərbaycanda qeyri-neft sektoruna aid sаhələrin inkişаfı sürətlənib və ötən il bu sahədə əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən yüksəlib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, artım turizm və iaşə obyektlərində 34,2 faiz, qeyri-neft sənayesində 17,8 faiz, nəqliyyat və anbar təsərrüfatında 16 faiz, informasiya və rabitədə 6,1 faiz, ticarət və nəqliyyat vasitələrinin təmirində 5,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda isə 3,3 faiz təşkil edib.