Martın 2-si saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “AG Bank” ASC-nin balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaq.
Fonddan bildirilib ki, daşınar əmlaklar 1 ədəd “Wincor Nixdorf CINEO C2550” markalı və 1 ədəd “Wincor Nixdorf ProCash 8000” markalı bankomatlardır. Daşınar əmlakların ilkin satış qiyməti 20 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına, alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan:Bakı şəhəri, Yasamal rayonu, məhəllə 593, Ə.Salamzadə küçəsi 2C (3-cü mərtəbə). Tel: 050/055-206-66-67