Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının (IACCI) prezidenti Aleks Kaplun ilə görüşüb.
KOBİA-dan bildirilib ki, görüşdə hər iki ölkənin KOB subyektləri arasında əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb, təkliflər diqqətə çatdırılıb. Tərəflər hər iki ölkənin KOB-ları arasında əlaqələrin inkişafında maraqlı olduqlarını, palata və KOBİA-nın birgə əməkdaşlığı çərçivəsində işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinə dəstək göstəriləcəyini bildiriblər.