Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu (KİEP) iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının “Azərbaycan - ən yaxşı investisiya ünvanı” mövzusunda araşdırmasını rəsmi səhifəsində yerləşdirib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, V.Qasımlının sözügedən məqaləsini bundan əvvəl “The London Post” nəşr edib. Məqalə ilə bu linkdən https://www.kiep.go.kr/board.es?mid=a20602040000&bid=0049 tanış olmaq mümkündür.
Qeyd edək ki, Vüsal Qasımlı 2013-cü ildə KİEP-də qonaq alim kimi çalışıb, eyni zamanda, Hanyan və Hankuk universitetlərində mühazirələr oxuyub. Dünyanın bir çox tanınmış alimləri KİEP-də qonaq alim kimi tədqiqatlar aparıb.