Yanvarda 19,1 min nəfərdən çox şəxsə sosial ödənişlərin elektron qaydada təyinatı aparılıb

2022.02.15 14:25 (UTC+04:00)

Cari ilin yanvar ayında 19,1 min nəfərdən çox şəxsə sosial ödənişlərin elektron qaydada təyinatı aparılıb.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, bunun 3,3 min nəfərdən çoxu pensiyaların, 15,8 min nəfərdən çoxu isə müavinət və təqaüd alanların payına düşür.