İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bu ilin ilk ayı ərzində 18.608 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,8% artım deməkdir.