Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,47 dollar azalaraq 96,01 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,54 dollar ucuzlaşaraq 94,92 dollar olub.