Yanvarda ölkədə 9,2 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub

2022.02.14 15:04 (UTC+04:00)

Cari ilin yanvar ayında ölkədə 9 milyard 257,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 8,8 faiz artıb. ÜDM istehsalının 54,4 faizi sənaye, 8,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3 faizi tikinti, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 faizi informasiya və rabitə, 1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,6 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 922,2 manata bərabər olub.