Respublika üzrə pensiyaların fevralın 15-də tam ödənilərərək yekunlaşdırılması nəzərdə tutulub

2022.02.14 12:12 (UTC+04:00)

Respublika üzrə pensiyaların fevralın 15-də tam ödənilərərək yekunlaşdırılması nəzərdə tutulub.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, 2022-ci il 1 yanvar tarixindən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün olan artımı fevral ayının pensiyası ilə birgə ödəniləcək. Bundan başqa 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın rüblər üzrə bölünməklə ilk 50 manatı da fevral ayınının pensiyasının üzərinə əlavə olunacaq.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.