Ötən il Azərbaycan 188 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıb

2022.02.11 12:57 (UTC+04:00)

2021-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 188 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə 120 ölkəyə məhsul ixrac olunub, 174 ölkədən idxal edilib.