“AG Bank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq

2022.02.11 12:31 (UTC+04:00)

Martın 2-si saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “AG Bank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Fonddan bildirilib ki, daşınmaz əmlak, Xaçmaz rayonu, Dalğalı qəsəbəsində yerləşən torpaq (ümumi sahəsi 0,10 hektar) sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 45 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, məhəllə 593, Ə.Salamzadə küçəsi 2C (3-cü mərtəbə). Tel: 050/055-206-66-67.