İqtisadiyyat naziri Mikayıl Cabbarov peşə bayramı münasibətilə vergi işçilərini təbrik edib.
"Dövlətimizin iqtisadi yüksəlişinin təmin edilməsində vergi sahəsində aparılan islahatların əvəzsiz rolu var. Vergi orqanlarının səmərəli fəaliyyəti bu prosesə mühüm töhfə verir. Bütün vergi işçilərini peşə bayramı münasibətilə təbrik edir, işlərində uğurlar arzulayırıq" - deyə nazir qeyd edib.