Birinci rübə aid cari əmlak vergisinin ödənilmə müddətinin bitməsinə az qalır

2022.02.11 10:57 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilir ki, əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər və fərdi sahibkarlar əsas vəsaitlərin əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəyirlər.

Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

15 fevral 2022-ci ildə bu ilin 1-ci rübü üzrə cari əmlak vergisi məbləği hesablanaraq dövlət büdcəsinə ödənilməlidir.