KOBİA və BMT-nin İnkişaf Proqramı KOB-larla bağlı birgə layihələri müzakirə edib

2022.02.10 16:06 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident nümayəndəsinin müavini xanım Çaru Bistlə görüşüb.

KOBİA-dan bildirilib ki, görüşdə əməkdaşlıq imkanlarına, KOB-ların inkişafına dəstək olacaq birgə layihələrə dair fikir mübadiləsi aparılıb.