“BP Azerbaijan” keçən il SOCAR-a 3 milyard kubmetr səmt qazı verib

2022.02.10 15:46 (UTC+04:00)

2021-ci ildə “BP Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin də “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 9 milyon kubmetr, ümumilikdə isə 3 milyard kubmetr səmt qazı verib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Bu barədə “BP Azerbaijan”dan bildirilib.