Yanvarda DSMF-nin xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artıb

2022.02.10 10:58 (UTC+04:00)

Cari ilin yanvar ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,7 milyon manat və ya 9,9 faiz artıb.

Fondun mətbuat xidmətindən bildirilib ki, xərclərin 91,5 faizini əhaliyə ödənişlər təşkil edib.