Türkiyə şirkətləri Azərbaycanda birgə biznes təşəbbüslərinin reallaşdırılmasında maraqlıdır

2022.02.09 17:32 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin bir qrup iş adamı ilə görüşüb.

KOBİA-dan bildirilib ki, görüşdə agentliyin fəaliyyəti, yerli KOB-larla yanaşı, xarici ölkələrin iş adamlarına və investorlara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib. Qeyd olunub ki, Türkiyə şirkətləri ölkəmizdə fəaliyyət göstərməkdə və bu istiqamətdə yerli KOB-larla əməkdaşlıqda və birgə biznes təşəbbüslərinin reallaşdırılmasında maraqlıdır.

Görüşdə KOBİA-nın Türkiyə şirkətlərinə göstərə biləcəyi dəstək və xidmətlərə, eləcə də əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.