Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci ildən beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi, habelə beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi əlavə dəyər vergisinə sıfır (0) dərəcə ilə cəlb olunur.
Dəyişikliyin mahiyyəti
Vergi Məcəlləsinin dəyişiklik edilmiş 165.1.4-cü maddəsi nəqliyyat ekspedisiya xidmətlərini təşviq etmək, digər tranzit ölkələrdə analoji fəaliyyətlə məşğul olan xarici müəssisələrə rəqabətdə yerli nəqliyyat-ekspedisiya xidmətləri göstərən şəxslərin dayanıqlılığını təmin etmək məqsədi daşıyır.