Fransa hökuməti sənayeni inkişaf etdirməyin yolunu əlverişli vergi mühiti yaratmaqda görür

2022.02.09 13:58 (UTC+04:00)

Fransanın Baş Gömrük İdarəsinin açıqlamasında keçən il ölkə ticarətində idxalla ixrac arasında 84,7 milyard avro həcmində fərq olduğu bildirilib. Bu rekord göstəricinin il ərzində 18,8 faiz artan idxalın 17 faiz artan ixracatdan artıq olduğundan irəli gəldiyi qeyd edilən açıqlamada enerji ilə bağlı qiymətlərin artmasının ticarətdəki tarazlığın pozulmasına yol açdığı vurğulanıb.

Xarici ticarət naziri Frank Riester mətbuat konfransında 84,7 milyard avroluq fərqin 17,9 milyard avrosunun enerji qiymətlərindəki artımdan qaynaqlandığını bildirib. COVİD-19 pandemiyasının təsirinə məruz qalan ölkə sənayesinin hələ böhrandan öncəki səviyyəyə çatmadığını vurğulayan nazir hava nəqliyyatı sektorunu misal gətirib: “Bu sektor 2019-cu illə müqayisədə 57 faizlik səviyyədə qalıb”.

İqtisadiyyat naziri Bruno Le Mar isə mətbuata verdiyi müsahibədə Fransa sənayesinin son 30 ildə zəiflədiyinə diqqət yönəldərək deyib: “Bu mövzunu beş il öncə ölkə prezidenti ilə müzakirə edərək ölkədə daha əlverişli vergi mühiti yaratmaq, istehsala tətbiq olunan vergiləri azaltmaq, işçilərə yeni sənaye ixtisasları vermək hədəflərini müəyyənləşdirmişdik”.