Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2022.02.09 13:01 (UTC+04:00)

Fevralın 9-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100696S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 18 investor tərəfindən qiyməti 99.5351 AZN (6.01 faiz) olan 25 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,060,649,300 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə və orta ölçülmüş qiyməti isə 99.5351 AZB (6.01 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil edib. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər. Notlar martın 9-da ödəniləcək.