Azərbaycan neftinin bir bareli 96,10 dollara satılır

2022.02.09 11:55 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,04 dollar azalaraq 96,10 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti fevralın 5-də (99,30) qeydə alınmışdı.