Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə qəbul edilmiş qərarların icrasına dair müzakirələr aparılıb

2022.02.08 19:40 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevlə görüşüb.

Bu barədə nazir məlumat verib.

“Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevlə təşkilat çərçivəsində əməkdaşlığın inkişafına və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə qəbul edilmiş qərarların icrasına dair müzakirələr apardıq”, - deyə nazir qeyd edib.