Rusiya Federasiyasının Prezidenti Vladimir Putin hökumətə genetikanı inkişaf etdirmək sahəsində fəaliyyət göstərən şirkətlərin mənfəət vergisinin azaldılması ilə bağlı Vergi Məcəlləsində dəyişiklik etmək barədə tapşırıq verib.
“Rusiya hökuməti Vergi Məcəlləsinə 2019-2027-ci illər üzrə genetika texnologoyalarının inkişafına dair federal elmi-texniki proqramda texnoloji tərəfdaş təşkilatların və (və ya) onların törəmə cəmiyyətlərinin genetik texnologioyaların inkişafına sərf etdikləri xərclərin məbləğinin 50 faizi çıxılmaqla mənfəət vergisinin azaldılması hüququ verən dəyişkliyin edilməsini təmin etsin”, - Kremlin rəsmi saytında yayınlanmış sənəddə qeyd olunub.
İcrasına baş nazir Mixail Mişustinin məsul olduğu tapşırığın yerinə yetirilmə müddəti 10 iyul 2022-ci il tarixinə müəyyənləşdirilib.