Ötən il dövlət büdcəsinə 33 milyon manatdan çox vəsait ödənilib.
Bu barədə “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov fevralın 7-də keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu məbləğin 29,7 milyon manatı vergi, 3,3 milyon manatdan çoxunu isə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil edib. Ümumilikdə QSC-nin fəaliyyəti dövründə dövlət büdcəsinə vergi və sosial köçürmələr şəklində 73,8 milyon manat həcmində vəsait ödənilib.