Ötən il “AzerGold” məhsullarının daxili pərakəndə bazarda satış həcmi 2649 unsiya təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 446 faiz daha çoxdur.
Bu barədə qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov fevralın 7-də keçirdiyi mətbuat konfransında deyib.
Qeyd edib ki, 2012-2021-ci illərdə ümumilikdə 3405 unsiyadan çox külçə və sikkələrin satışı həyata keçirilib. Bunun 78 faizi 2021-ci ildə satılıb. Ötən il satılan məhsulların 97 faizini qızıl, 3 faizini gümüş təşkil edib və qeyd edilən satışlardan dövriyyəyə 8,7 milyon manatdan çox vəsait cəlb olunub. Bu da ötən illə müqayisədə 377 faiz artım deməkdir.