Ötən il hasilat göstəriciləri 61,5 min unsiya qızıla, 134,4 min unsiya gümüşə çatdırılıb.
Bu barədə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov fevralın 7-də keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, qızıl hasilatı plandan 11 faiz, gümüş hasilatı isə 55 faiz daha artıq icra edilib. 2020-ci illə müqayisədə ötən qızıl hasilatı üzrə 2,5 faiz, gümüş hasilatı üzrə 10,9 faiz artım qeydə alınıb.
O deyib ki, fəaliyyət göstərdiyi 5 ildə qurum tərəfindən 256,5 min unsiya qızıl, 488,5 min unsiya hasil edilib.