Qırğızıstanda “Google vergisi” tətbiq olunmağa başlayıb

2022.02.07 11:58 (UTC+04:00)

Qırğızıstan Respublikası prezidentinin mətbuat mərkəzindən verilən açıqlamada bildirilib ki, dövlət başçısı Sadır Japarov parlamentin vergi qanununa qəbul etdiyi dəyişiklik və əlavələri təsdiq edib.

Bu ilin əvvəlindən qüvvəyə minmiş yeni qanuna əsasən, e-ticarət fəaliyyəti ilə məşğul olanlar ölkə büdcəsinə 2 faizlik gəlir vergisi, “Google” kimi xarici şirkətlər isə əlavə dəyər vergisi ödəməlidirlər.

Bundan əlavə, qanunla marketlərdə, mini-marketlərdə, ticarət mərkəzlərində və digər obyektlərdə POS-terminalların tətbiqi məcburi hala gətirilib.