Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində yanvar ayında 683 milyon 114 min ABŞ dolları gəlir əldə edib.
Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Qeyd edək ki, Neft Fondunun indiyədək (2001-ci ildən etibarən) AÇG layihəsi üzrə gəliri 156 milyard 56 milyon dollar olub.