Yük avtonəqliyyatı üçün elektron yol vərəqi tərtib ediləcək

2022.02.05 13:22 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilir ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, “Avtomobil nəqliyyatı haqqında” Qanuna uyğun olaraq əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsi və yük avtonəqliyyatı üçün elektron yol vərəqi tərtib ediləcək. Elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.

Qeyd edək ki, “Elektron əmtəə-nəqliyyat qaiməsi və yük avtonəqliyyatı üçün elektron yol vərəqi” Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydası ilə eyni gündə qüvvəyə minir.