İşğaldan azad edilmiş ərazilərdə macar şirkətlərinin iştirakı müzakirə edilib

2022.02.03 19:45 (UTC+04:00)

İşğaldan azad edilmiş ərazilərdə macar şirkətlərinin iştirakı müzakirə edilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə iqtisadi əlaqələrimizin gücləndirilməsi, yeni biznes təşəbbüslərinin və investisiyaların təşviqi, azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə macar şirkətlərinin iştirakı barədə müzakirələr apardıq”, - deyə iqtisadiyyat naziri vurğulayıb.