Fevralın 2-də OPEC və qeyri-OPEC (OPEC+) nazirlərinin 25-ci iclası keçirilib.
Videoformatda keçirilən iclasda cari neft bazarının əsasları və perspektivlərilə bağlı konsensus nəzərə alınmaqla, istehsalçı ölkələr istehsalın artırılması ilə bağlı qərar qəbul ediblər. Qərara əsasən, 18 iyul 2021-ci ildə keçirilən iclasda təsdiq edilmiş hasilatın tənzimlənməsi planı və aylıq hasilatın tənzimlənməsi mexanizmini təsdiq edərək, əlavə edilmiş cədvələ uyğun olaraq, 2022-ci ilin mart ayı üçün aylıq ümumi hasilatın gündəlik 0,4 milyon barel artırılması qərarı təsdiqlənib.