"General Motors" səkkiz zavodunu bağlayacaq

2018.12.03 14:08 (UTC+04:00)

Dünya avtomobil ishehsalı sənayesinin nəhəngi, ABŞ-ın "General Motors" korporasiyası Şimali Amerikada fəaliyyət göstərən beş zavodunu bağlayacağını və 14 min işçini azad edəcəyini bəyan etmişdir. Bundan əlavə, gələn ilin sonuna qədər Şimali Amerikadan kənarda daha üç zavodun da işinə xitam veriləcəyi bildirilmişdir. Bu qərar istehsal xərclərinin artması, avtomobil bazarındakı satışın səngiməsi və şirkətin elektriklə işləyən, eləcə də sürücüsüz idarə olunan avtomobillərə üstünlük verəcəyi ilə əsaslandırılmışdır. ABŞ Prezidenti Donald Tramp korporasiyanın qərarını tənqid etmişdir. Analitiklər isə şirkətin bu addımı atmasının başlıca səbəblərindən biri kimi ölkə rəhbərliyinin avtomobil sənayesində xammal olaraq işlədilən poladın idxalına əlavə vergi qoymasını göstərirlər. Bu, istehsal xərclərinin artmasına şərait yaradır. "General Motors" korporasiyası dünyada populyar olan "Buick LaCross", "Chevrolet Impala", "Cadillac CT6 and XTS" və "Chevrolet Volt" "Silverado" və "Sierra" modellərinin istehsalını dayandıracaq.