Ötən il qeyri-neft məhsulları üzrə ixracın 26,4 faizi SOCAR-ın payına düşüb

2022.02.02 17:33 (UTC+04:00)

Ötən il ölkədə qeyri-neft məhsulları üzrə ümumi ixracın 26,4 faizi SOCAR-ın payına düşüb.

Şirkətdən bildirilib ki, 2021-ci ildə ölkə üzrə qeyri-neft ixracı 870 milyon ABŞ dolları dəyərində artıb. Qeyri-neft məhsulları üzrə ixrac artımının 64,4 faizi SOCAR tərəfindən qarşılanıb.