Fevralın 2-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100496S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.5351 AZN (6.01 faiz) olan 25 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyard 483 milyon 73 min 600 manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti isə 99.5351 AZN (6.01 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 240 milyon manat təşkil edib. Notlar martın 2-də ödəniləcək.