Sahibkarlıq fəaliyyətində istifadə olunan avtomobillərə görə əmlak vergisi hesablanır

2022.02.03 15:56 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilir ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci ildən əmlak vergisinin hesablanması zamanı vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əmlakının dəyəri fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobillərinin dəyərində azaldılır.

Nə dəyişib?

Mexaniki nəqliyyat vasitələri üzrə verilən güzəştlər (fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri istisna olmaqla), eləcə də müəssisələrin balansında olan, sərnişin və yük daşımalarında istifadə edilən su nəqliyyatı vasitələrinə görə ödənilməli olan əmlak vergisinin məbləğinin 25 faiz azaldılması şəklində verilən güzəştlər ləğv edilib.

Qeyd edilənlərə əsasən, müəssisələrə və fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunan avtomobillərə görə əmlak vergisi hesablanaraq ödənilməlidir.