Neft Fondu yanvarda valyuta hərraclarında 727 milyon dollar satıb

2022.02.02 13:09 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən yanvar ayı ərzində valyuta hərraclarında 727 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.