Azərbaycan neftinin qiyməti bahalaşıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,54 dollar artaraq 94,74 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il oktyabrın 2-də 94 dollardan baha satılıb.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti yanvarın 29-da (94,66) qeydə alınmışdı.