Naxçıvanda POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 33,2 faiz artıb

2022.02.01 17:51 (UTC+04:00)

Milli iqtisadiyyatın formalaşdırılmasında və makroiqtisadi sabitliyin qorunmasında bank sistemi mühüm rol oynayır.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 1 yanvar 2022-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 186622-yə çatıb. Bunun da 175338-i və ya 94 faizi aktiv hesablardır. 2021-ci ildə açılmış 45117 bank hesabının 45075-i aktiv hesablar olub.

Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1511-ə çatdırılıb. 2021-ci ildə internet və POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlər 119 milyon 48 min 435 manat təşkil edib ki, bu da bir il öncəki göstəricidən 33,2 faiz çoxdur.