Azərbaycanla Serbiya arasında viza tələbi aradan qaldırılıb

2022.02.01 14:06 (UTC+04:00)

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Saziş təsdiq edilib.

Qanun layihəsi Milli Məclisin fevralın 1- də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edək ki, Saziş 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində imzalanıb.