Sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılıb

2022.02.01 13:00 (UTC+04:00)

Sahibkarlıq sahəsində aparılan yoxlamaların müddəti daha bir il – 2023-cü il yanvarın 1-dək dayandırılıb.

Bu məsələ Milli Məclisin fevralın 1-də keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.